Azərbaycanın Ağcabədi rayonunda kredit təşkilatına basqın edən şəxslərin kimliyi məlum olub.
Vətəninfo.az-ın APA-ya istinadla xəbərinə görə, hadisəni törətməkdə şübhəli bilinən rayon sakinləri - 25 yaşlı Elmir Gülmalıyev, 24 yaşlı Cəmaləddin Hüseynov və 39 yaşlı Xəyal Talıbov hadisə yerində yaxalanıblar. Dindirilmə zamanı onlar kredit təşkilatına basqın etdiklərini etiraf ediblər.
Araşdırmalar nəticəsində dəstənin rayon ərazisində törətdiyi başqa cinayət əməlləri də aşkarlanıb. Qrup rayonun müxtəlif yerlərində 3 oxşar əməl törədib. Tutulanlardan basqınlar zamanı istifadə etdikləri maskalar, müxtəlif metal alətlər, dəmirkəsən və başqa bu kimi vəsaitlər maddi sübut kimi götürülüb. Hazırda Ağcabədi Rayon Polis Şöbəsinin istintaq bölməsində istintaq işi davam etdirilir.
Qeyd edək ki, bu il avqustun 31-də şəhər ərazisində yerləşən "Maliyyə İnkişaf” Qeyri-Bank Kredit Təşkilatına hücum olub. Üç nəfər maskalı şəxs gecə saatlarında kredit təşkilatının mühafizəçisinə hücum edərək, oğurluq etmək istəyib.
Sahil Babayev rəqəmləri açıqladı: Azərbaycan büdcəsi neftdən asılılıqdan xilas olur
Razi Nurullayev: “Cərimələrin əsas məqsədi büdcəyə vəsait toplamaq deyil”
Vətəndaşın adına qanunsuz şirkət açanlara qarşı tədbirlər sərtləşdirilməlidir
Vətəndaşın adına qanunsuz şirkət açanlara qarşı tədbirlər sərtləşdirilməlidir
Azərbaycanda həmin gün evlənənlərin sayı rekord vurdu - AÇIQLAMA
Natiq Cəfərli: ““Parlamentdə müxalifətin adı var, özü yoxdur” fikrini bütün partiyalara şamil etmək doğru deyil”
“Hazırda məktəblərdə “TikTok”a çıxış bloklanıb” - Nazir müavini
Uşaqların 42 faizi gecə saat 2-yə qədər telefondadır - Komitə sədri
Deputat: “Radikallar Azərbaycandakı demokratiyaya irad bildirə bilirlərsə, deməli, Azərbaycanda demokratiya var”