Bakıda bu gün əsən güclü külək nəticəsində 25-dək ağac aşıb.
Vətəninfo.az xəbər verir ki, bunu Trend-ə Bakı Şəhər İcra Hakimiyyəti Yaşıllaşdırma
Təsərrüfatı Birliyinin Bitkiləri Mühafizəsi Stansiyasının rəisi Əli
Ağayev bildirib.
Onun sözlərinə görə, ağaclar daha çox Bakının Nizami rayonunda aşıb. Bu, həmin rayonda qovaq ağaclarının daha çox əkilməsi ilə bağlıdır: "Bu gün bizə daxil olan müraciətlər də qovaq ağaclarının aşması ilə bağlıdır. Artıq aşmış ağacların çox hissəsi ərazidən götürülüb. Amma bununla əlaqədar hələ də zənglər edilir”.
Ə.Ağayev qeyd edib ki, güclü küləyin əsməsi ağaclar üçün təhlükə törətdiyindən bu gün gücləndirilmiş iş rejimində çalışırlar. Hazırda 10 briqada hadisə yerlərində işləyir: "Sabah da gücləndirilmiş iş rejimində çalışacaqlar. Qırılmış ağacları ərazidən təmizləyənə qədər bu işləri davam etdirəcəyik”.
Qeyd edək ki, bu gün Bakıda güclü şimal-qərb küləyi əsir.
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR
Ramiz Mehdiyev işində sensasion adlar -ÖZƏL