Braziliyada ötən əsrin 1980-ci illərin sonlarında məşhur "Lambada” hitinin ifaçısı Loalva Braz 64 yaşında faciəvi şəkildə ölüb.
Unikal.org-un "RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, yerli yangınsöndürmə xidmətində Rio-de-Janeyro ştatında sahil zolağında avtomobilin yanması barədə məlumat daxil olub. Hadisə yerinə gələn yangınsöndürənlər maşından Loalva Brazın yanmış meyiti aşkarlayıblar.
İnsident nəticəsində yaxınlıqdakı tikiliyə də ziyan dəydiyi bildirilir.