Lənkəranskini öldürməyə iddialı Kürd Şakronun baş mühaizəçisini dövlət qoruyur
Rusiya kriminal aləminin "xaç atası” olmağa iddialı, "qanuni oğru” Rövşən Lənkəranskinin qətlində adı hallandırılan "Kürd Şakro” ləqəbli Şakro Molodoyun (Zaxari Kalaşov) cinayət işində yeni məqamlar üzə çıxıb.
Rüşvət verməkdə ittiham edilən Zaxari Kalaşov yarim milyon avroya qədər rüşvəti 1 general və 2 polkovnikə verməkdə ittiham olunur.
Rusiya mətbuatının məlumatına görə, Federal Təhqiqatlar Bürosu Kürd Şakroya qarşı kifayət qədər dəlil toplayıb. Onlardan bir hissəsi Kürd Şakronun baş mühafizəçisi Dmitri Zvansevin istintaqa ifadəsi əsasında əldə edilib. Zvonsev birbaşa rüşvət verilən tərəflərlə danışıqlarda iştirak edib. 500 min avro müqabilində ittihamlarını yüngülləşdirməyə çalışan Şakro Molodoydan dərhal sonra baş mühafizəçisi "qanuni oğru”nun qərargah kimi istifadə etdiyi "Qolden Palas”da saxlanılıb. Daha sonra isə dövlət onun mühafizəsini tam qaydada təkil edib./Cebhe.info/
Miq.az