"Lotu Quli" onun adından istifadə edən avtoritetlərə etiraz edib

"Lotu Quli” ləqəbi ilə tanınan azərbaycanlı "qanuni oğru” Nadir Səlifov Kutaisidən olan avtoritetlərə etiraz edib.

BAKU.WS xəbər verir ki, bu barədə "Praym Kraym" portalı məlumat verib.

Məlumata görə, Qoça Alpaidze ("Alfason"), Georgiy Nijaradze ("Qiya"), Merab Qoqiya ("Meliya") və Avtandil Kobeşavidze ("Avto Kopala") erməni əsilli Artur Atabekyana "oğru səlahiyyətləri” verilməsi ilə bağlı həbsxanaya göndərilən "proqon”da (icrası vacib olan göstəriş-red.) "Quli”nin adından istifadə edib.Əvəzində Nadir Səlifov erməniyə heç bir dəstək vermədiyini bəyan edib və adının "proqona” onun izni olmadan yazılmasını qeyd edib.

"Mənsiz nə istəyirsiniz yazın və edin",- deyə "Lotu Quli" vurğulayıb. 
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az