Ölüm sayı isə 4 minə, gündəlik yoluxma sayı 400 mini ötür-Ciddi təhlükə

Ölüm sayı isə 4 minə, gündəlik yoluxma sayı 400 mini ötür-Ciddi təhlükə

Planetin hər altıncı sakininin yaşadığı Hindistanda COVİD-19 pandemiyası ilə bağlı dramatik vəziyyət yaranıb. Son dövrlər gündəlik yoluxma sayı 400 mini ötür, ölüm sayı isə 4 minə yaxın sabit səviyyədə qalmaqdadır. Hindistanlı alimlərin fikrincə isə daha ağır durum hələ irəlidədir.

Alimlər bildiriblər ki, ölkədəki genetik müxtəliflik virusun mutasiyası üçün ideal şərait yaradır ki, bu da perspektiv yox, artıq reallıqdır. Yaranmış vəziyyətin Hindistan əhalisinin zəngin genefondu və virusun ondan irəli gələn mutasiyası ilə izah edilməsi təkcə bu dövlət deyil, bütün dünya üçün ciddi təhlükədən xəbər verir.

Yəni sadəlövhcəsinə COVİD-19 pandemiyasının tezliklə keçib gedəcəyini düşünmək nəinki lazım deyil, hətta zərərli ola bilər.  
Odur ki, yaranmış vəziyyətə uyğun olaraq əhatəli dövlət proqramı qəbul olunmalı və ölkənin həyatı ona uyğunlaşdırılmalıdır. Amma bu, qadağalar və cərimələr yox, real adoptasiya proqramı olmalıdır. 

Virusun 30 minədək vahiddən (nukleotiddən) ibarət genetik materialının olması mutasiyaların sonsuzluğa qədər davam edə biləcəyi ehtimalı yaradır. Başqa sözlərlə, nəinki vaksinasiyanın, hətta bu gün qazanılmış kollektiv immunitetin də sabah yaranacaq yeni mutant virusdan müdafiədə səmərəsiz ola biləcəyi istisna deyil. 

Burdan da belə nəticə çıxa bilər ki, vaksinasiya və kollektiv immunitetin qazanılması ilə virusun tarixə qovuşacağı məntiqi özünü doğrultmaya da bilər. Alimlər belə deyirlər. 
Odur ki, virusdan hər addımda və ilk növbədə fərdi qaydada qorunmağa davam etmək lazımdır. Ən azı o, yox olanadək.

Ərəstun Oruclu 
politoloq



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az