Vətəninfo.az məlumat verir ki, "Report"un BBC-yə istinadən verdiyi xəbərə görə, Milner deyib ki, onun layihəsinin başlıca məqsədi Yerə kosmosdan daxil ola biləcək mümkün siqnallar barədə informasiyanın toplanması, işlənməsi və yayılmasıdır.
Milner bu layihənin ideoloqu kimi fizik Steven Hawking-in adını çəkib.
Biznesmen əlavə edib ki, bu layihənin "elmi liderləri” Frank Drake və Jeff Marsee-dir. Milner deyib ki, onların hər ikisi layihənin əlaqələndiriciləri kimi fəaliyyət göstərməyə artıq razılıqlarını veriblər.
Cənab Milner layihəni öz şəxsi vəsaiti hesabına maliyyələşdirmək niyyətindədir, çünki onun sözlərinə görə, dövlətlər belə layihələrə pul ayırmaq istəmirlər.
Milner tədqiqat işinə lazım olacaq teleskopları və kompüter şəbəkələrini icarəyə götürəcək.
Layihə iştirakçıları daha kiçik siqnallara malik daha çox ulduz və qalaktikanı daha geniş diapazonda araşdırmağı düşünürlər.
Layihə sayəsində bu sahədə aparılan araşdırma işlərinin miqyasının yüz dəfədən çox artacağı gözlənilir.
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR
Ramiz Mehdiyev işində sensasion adlar -ÖZƏL