Mazut gömrük rüsumundan azad edilir

 Mazut gömrük rüsumundan azad edilir
Sabahdan etibarən Azərbaycana elektrik enerjisinin istehsalı üçün idxal olunan mazut 9 ay müddətində gömrük idxal rüsumuna cəlb olunmayacaq.

Miq.az  report-a istinadən xəbər verir ki, bununla bağlı Nazirlər Kabineti tərəfindən "Azərbaycan Respublikasında ixrac-idxal əməliyyatları üzrə gömrük rüsumlarının dərəcələri haqqında" qərarına edilən dəyişiklik martın 25-də qüvvəyə minəcək.

Dəyişikliyə əsasən, Azərbaycanın 2017-ci il üzrə yanacaq-enerji balansına uyğun olaraq, Energetika Nazirliyinin təsdiqedici sənədləri əsasında "Azərenerji" Açıq Səhmdar Cəmiyyətinə elektrik enerjisinin istehsalı üçün idxal olunan mazut gömrük idxal rüsumuna cəlb olunmayacaq.

Qərar 1 yanvar 2018-ci il tarixinədək (9 ay) qüvvədə olacaq.
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az