Məcburi köçkünlərin yaşadığı binada yanğın

Məcburi köçkünlərin yaşadığı binada yanğın
Bərdə rayonu ərazisində məcburi köçkünlərin məskunlaşdığı çoxmənzilli binada yanğın baş verib.
Hadisə bina 4, mənzil 23-də - Vahid Əhmədova məxsus evdə qeydə alınıb. Yanğın başlayan zaman evdə heç kim olmayıb. Hadisə yerinə gələn Fövqəladə Hallar Nazirliyinin Bərdə Yanğından Mühafizə Hissəsinin 2 yanğınsöndürən maşını və canlı qüvvəsi alovun qarşısını alıb. Binanın sakinləri təxliyyə olunublar. Həkimlər tərəfindən onlara tibbi yardım göstərilib.
İlkin ehtimallara görə, yanğın evdəki suqızdırıcıda baş verən qısaqapanmadan yaranıb. Evin hamam hissəsinin qapısı və tavanı yanıb. Hadisənin başvermə səbəbləri araşdırılır, dəyən ziyanın həcmi dəqiqləşdirilir.


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az