Məhkəməyə hörmətsizlik edənlər 150 manata qədər cərimə olunacaq

Məhkəməyə hörmətsizlik edənlər 150 manata qədər cərimə olunacaq

Azərbaycanda məhkəməyə hörmətsizlik göstərənlər 150 manatadək məbləğdə cərimə olunacaq.

Report xəbər verir ki, bununla bağlı məsələ yeni hazırlanan İnzibati Xətalar Məcəlləsində əksini tapıb.

Layihəyə əsasən, məhkəmə iclası zamanı şahidin, zərərçəkən şəxsin, iddiaçının, cavabdehin və ya iş üzrə iştirak edən başqa fiziki şəxslərin sədrlik edənin sərəncamına tabe olmamasına görə 50 manatdan 150 manatadək cərimə edilməsi nəzərdə tutulur.

Hazırda həmin şəxslər 15 manatdan 30 manatadək miqdarda cərimə edilir.

Qeyd edək ki, yeni hazırlanan İnzibati Xətalar Məcəlləsi hazırda layihə formasındadır. Bu layihə qəbul olunarsa, 2016-cı ilin mayın 1-də qüvvəyə minəcək.



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az