Mehriban Əliyeva Azərbaycan səfirliyinə silahlı hücumla bağlı paylaşım edib
Birinci vitse-prezident Mehriban Əliyeva Azərbaycanın İrandakı səfirliyinə silahlı hücumla bağlı "Instagram”da paylaşım edib.
Paylaşımda deyilir:
"Azərbaycanın İrandakı səfirliyinə silahlı hücum zamanı həlak olan səfirlik əməkdaşı Əsgərov Orxan Rizvan oğlunun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verirəm. Allah rəhmət eləsin!”