Onlar müğənni və ya aktrisa deyillər. Amma onların da öz
pərəstişkarları var. Qadınlar onların geyim tərzlərini təkrarlayırlar.
Bunlar ölkələrin birinci xanımlarıdır.
Vətəninfo.az-ın Axşam.az-a istinadən
məlumatına görə, Rusiyanın "Cosmopolitan” dərgisi "Dünyanın ən dəbli və
cəlbedici xanımları"nın siyahısını hazırlayıb. Siyahıda Azərbaycanın
birinci xanımı Mehriban Əliyeva da yer alıb:
Mişel Obama – ABŞ prezidenti Barak Obamanın xanımı:
Onu
təkcə Amerikanın rəhbərinin xanımı kimi tanımırlar. O, aktiv həyat
tərzi ilə həyat yoldaşından da öndədir: Mişel yumoristik şoularda yer
alır, rəqs edir, rep oxuyur.
Valeri Trierveyler – Fransa prezidenti Fransua Ollandanın keçmiş həyat yoldaşı:
O,
2012-ci ildə birinci xanım vəzifəsindən uzaqlaşıb, öz yerini model
Karla Bruniyə verib. Valeriya jurnalist və teleaparıcıdır. Buna
baxmayaraq geyim tərzi ilə də insanların sevgisini qazanmağı bacarıb.
Mehriban Əliyeva – Azərbaycanın prezidenti İlham Əliyevin xanımı:
Ağıllı
və gözəl qadın olan Mehriban Əliyeva yazıçı Mir Cəlal Paşayevin nəvəsi,
Milli Aviasiya Akademiyasının rektoru Arif Paşayevin qızıdır. O,
Seçenov adına Moskva Dövlət Tibb Universitetini qırmızı diplomla
bitirib, İlham Əliyevlə hələ prezident olmadığı illərdə ailə qurub.
Cütlüyün 3 övladı var. Mehriban Əliyeva peşəsi üzrə Moskvada göz
xəstəlikləri elmi-araşdırma institutunda işləyib, sonra isə
xeyriyyəçilik işləri ilə məşğul olmağa başlayıb. Hazırda birinci xanım
BMT-nin və YUNESKO-nun xoşməramlı səfiridir. Eyni zamanda o, ölkənin ən
dəbli xanımıdır.
Əsma Əsəd – Suriya prezidenti Bəşər Əsədin xanımı:
Əsma
– Suriyaəsillidir. O, Londonda doğulub və böyüyüb. Anası diplomatdır.
Buna baxmayaraq, Əsma Britaniyanı qoyub, Suriyaya gəlməyə razılıq verib.
Həmin ərəfədə o, bankda işləyirdi. Əsma Əsəd Suriyada yaşasa da, qərb
stilində geyinir.
Evelin İlves – Estoniya prezidenti Tomas Hendrik İlvesin keçmiş xanımı:
Tibb
fakültəsini bitirib, buna baxmayaraq o karyerasını marketinq sahəsində
qurub. Sevgilisi prezident, özü isə iş qadını olandan sonra Evelin
qarderobunda ciddi dəyişiklik edib, arıqlayıb.
Anhelika Rivera – Meksika prezidenti Enrike Peni Netının xanımı:
Aktrisa
Anhelika Meksika seriallarında rol alıb. 2010-cu ildə o, Enrike ilə
ailə qurub. İki ildən sonra isə onun həyat yoldaşı prezident olub.
Aqate Kornhauzer Duda – Polşa prezidenti Andjeya Dudanın həyat yoldaşı:
Aqate
– alman dili müəlliməsidir. Peşəsindən uzaqlaşıb, həyat yoldaşına
işlərində kömək etməyə başlayıb. Həyat yoldaşı ilə hələ məktəbdə oxuyan
illərdə tanış olub.
Şantal Biyya – Kamerunun prezidenti Polya Biyyanın xanımı:
Dünyanın
ən diqqətçəkən birinci xanımıdır. Ona Ledi Qaqa, Ru Pol da həsəd
aparır. Tədbirlərdə ekstravaqant obrazları ilə həmişə diqqət mərkəzində
olur.
