"Bizə verilən qrafikə uyğun olaraq sentyabrın 29-na kecən gecə 03:30-da ilk zəvvar qrupu Bakıya yola düşməli idi. Ona görə də həmin zəvvarlar otellərindən çıxarılıb və hava limanına gəlmişdilər. Uçuşların baş tutmaması Səudiyyə Ərəbistanına məxsus şirkətin məsuliyyətidir. Çünki uçuşları onlar həyata keçirir".
Vətəninfo.az xəbər verir ki, bunu "Report"a açıqlamasında Qafqaz Müsəlmanları İdarəsinin şöbə müdiri Müqəddəs Payızov deyib. O bildirib ki, hazırda QMİ-nin nümayəndələri zəvvarların arasındadır və onların problemlərini həll etməyə çalışırlar.
QMİ-nin Səudiyyə Ərəbistanında olan İşlər müdiri, zəvvar qrupuna rəhbərlik edən Hacı Həmdulla Babayev isə sayta açıqlamasında hazırda özünün də sentyabrın 29-da Məkkədən qayıtmalı olan, lakin təyyarə uçuşları gecikən hacı qrupunun arasında olduğunu bildirib.
Onun sözlərinə görə, problem həll olunub və onlar hava limanında qeydiyyatdan keçirlər: "Səudiyyə Ərəbistanının uçuşları həyata keçirməli olan şirkəti problemi həll etdi. Ötən gecə zəvvarları öz hesabına otellərə yerləşdirdilər. Gün vuranların da vəziyyəti yaxşıdır. Artıq biz hava limanındayıq. Bir saatdan sonra zəvvarları gətirən təyyarə buranı tərk edəcək. Gecikən qrupu gətirəcək ikinci təyyarə isə 5 saatdan sonra uçacaq".
Sahil Babayev rəqəmləri açıqladı: Azərbaycan büdcəsi neftdən asılılıqdan xilas olur
Razi Nurullayev: “Cərimələrin əsas məqsədi büdcəyə vəsait toplamaq deyil”
Vətəndaşın adına qanunsuz şirkət açanlara qarşı tədbirlər sərtləşdirilməlidir
Vətəndaşın adına qanunsuz şirkət açanlara qarşı tədbirlər sərtləşdirilməlidir
Azərbaycanda həmin gün evlənənlərin sayı rekord vurdu - AÇIQLAMA
Natiq Cəfərli: ““Parlamentdə müxalifətin adı var, özü yoxdur” fikrini bütün partiyalara şamil etmək doğru deyil”
“Hazırda məktəblərdə “TikTok”a çıxış bloklanıb” - Nazir müavini
Uşaqların 42 faizi gecə saat 2-yə qədər telefondadır - Komitə sədri
Deputat: “Radikallar Azərbaycandakı demokratiyaya irad bildirə bilirlərsə, deməli, Azərbaycanda demokratiya var”