"Məlumatların səsləndirilməsi yeni bir qərar olanadək davam edəcək”

Bakı Metropolitenində stansiyalararası məlumatların Azərbaycan dili ilə yanaşı ingilis dilində də səsləndirilməsi müvafiq yeni qərar verilənə qədər daimi olacaq.
Bunu "Bakı Metropoliteni” QSC-nin Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev deyib.

"Stansiyalar haqqında məlumatların ingilis dilində səsləndirilməsinə son qoyulması ilə bağlı qərar yoxdur. Məlumatların səsləndirilməsi yeni bir qərar olanadək davam edəcək”, - N.Paşayev bildirib.

Qeyd edək ki, Bakıda keçirilən I Avropa Oyunları ərəfəsində Təşkilat Komitəsinin stansiyalar haqqında məlumatların ingilis dilində də səsləndirilməsi təklifindən sonra Metropoliten bu yeniliyi etmişdi.

"Report”



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az