Məmur 20 bıçaq zərbəsi ilə öldürüldü - Naxçıvanda dəhşətli qətl

Məmur 20 bıçaq zərbəsi ilə öldürüldü - Naxçıvanda dəhşətli qətl
Şərur rayonunda dəhşətli qətl hadisəsi törədilib.

Rayondakı mənbələrdən "AzPolitika.info”ya daxil olan məlumata görə, bu gün təxminən 12:00 radələrində Şərur Mədəniyyət İdarəsinin baş mühasibi Eldar Məhərrəmov öz maşınında qətlə yetirilib. Hadisə Şərur şəhərindən Məmmədsabir kəndinə gedən yolun üstündə baş verib. Qatil E.Məhərrəmova 20 bıçaq zərbəsi vurub.

İlkin məlumata görə, təxminən 50 yaşlarında olan E.Məhərrəmov, qısqanclıq zəminində rayonun Çalxanqala kəndinin sakini tərəfindən öldürülüb. 

Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az