Rusiya baş naziri Dmitri Medvedyev hesab edir ki, ölkə hökumətində həm yaxşı, həm də pis oğlanlar olmalıdır.
"Mən yaxşı oğlanam”, - deyə Medvedyev Rusiya telekanallarına müsahibəsində bildirib.
Daha əvvəl baş nazir Dmitri Medvedyev neft-qaz sahəsində problemlərin olduğunu etiraf edib. O, həmçinin qeyd edib ki, cari trend – son 17 ildə müşahidə olunan ən aşağı göstəricidir.
Qeyd edək ki, Rusiya baş naziri Dmitri Medvedyev canlı efirdə ilin yekunlarını dəyərləndirir və rusiyalı jurnalistlərin suallarını cavablandırır.
"Rossiya 1”, "Rossiya 24”, "Vesti.ru” saytı, həmçinin "Mayak” və "Vesti FM” radiostansiyaları Medvedyevin çıxışını canlı yayımlayırlar.
Rusiya baş nazirinə sualları Rusiyanın tanınmış jurnalistləri - Sergey Brilev, İradə Zeynalova, Kiril Pozdnyakov, Mixail Fişman, Yelizaveta Osetinskaya verirlər.
Xatırladaq ki, həmyerlimiz İradə Zeynalova bazar günləri Rusiyanın birinci kanalında "Vremya" proqramını aparır. İradə Zeynalova 1997-ci ildən televiziya sahəsində çalışır. O, 2003-cü ildən Birinci kanalda işləyir və 2006-cı ildə burada mükafatlandırılıb. İradə Zeynalova 2007-ci ildən London bürosu üzrə müxbir olub. 2011-ci ildən isə kanalın Yaxın Şərq bürosuna rəhbərlik edir./Azvision.az
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR
Ramiz Mehdiyev işində sensasion adlar -ÖZƏL