Şirvan şəhərinin icra hakimiyyətinin başçısı Mərdan Camalov hazırda Azərbaycanda deyil.
Vətəninfo.az xəbər verir ki, bu barədə "Report"a icra hakimiyyətindən məlumat verilib.
Bildirilib ki, icra hakimiyyətinin başçısı hazırda məzuniyyətdədir və ölkədən kənardadır: "Mərdan Camalova baş vermiş hadisə haqda məlumat verilib. Məzuniyyətdə və xaricdə olmasına baxmayaraq öz müavinləri və Şirvanın müvafiq qurumlarının rəhbərləri ilə əlaqə saxlayır, lazımi tapşırıqlar verir.
Azərbaycan Müdafiə Sənayesi Nazirliyinin (MSN) Telemexanika Zavodunda partlayış baş verən əraziyə icra hakimiyyəti başçısının birinci müavini Samit Hacıyev gedib".
Mərdan Camalov müdafiə sənayesi naziri Yavər Camalovun qardaşıdır.
Qeyd edək ki, iyulun 6-da Telemexanika Zavodunda sexlərdən birində baş verən partlayış nəticəsində sexin tavan hissəsi çöküb. İlkin məlumata görə, hadisə nəticəsində bir nəfər ölüb, 19 nəfər xəsarət alıb.
Müdafiə sənayesi naziri Yavər Camalov hadisə yerindədir.
Hadisənin baş vermə səbəbləri araşdırılır.
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR
Ramiz Mehdiyev işində sensasion adlar -ÖZƏL