Dünyaca məşhur alman istehsalı avtomobil markası olan "Volkswagen”in çirkli qaz dəyərlərini aşağı göstərmək üçün rəqəmlərlə oynaması qalmaqalı alman futbolundan da yan keçməyib.
Vətəninfo.az-ın məlumatına görə, "Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, başda sahibi olduğu "Volfsburq” klubu olmaqla Bundesliqa və Bundesliqa 2-də çıxış edən 36 komandadan 17-ni maliyyələşdirən şirkət hər il futbola 100 milyon avro pul yatırır. Maliyyə dəstəyi verilən 17 komandadan 10-u Bundesliqada, 7-si isə Bundesliqa 2-də oynayır. Həmin komandalar arasında "Bavariya”, "Şalke”, "Verder Bremen” kimi alman nəhəngləri də var.
Bundan başqa avtomobil şirkəti sadəcə alman komandalarına sponsorluq etmir. Tərkibində "Volkswagen” , "Audi”, "Porsche” , "Bentley” , "Lamborghini” , "Seat” və Skoda markalarını birləşdirəm alman şirkəti İspaniya, Fransa, İtaliya və Braziliyada bir çox komandaların da maliyyə dəstəkçisidir. İspaniya La Liqasında "Barselona” , "Real” , "Valensia” və "Atletiko”ya sponsorluq edən şirkət İtaliya da isə "Milan”a dəstək verir. "Volkswagen” şirkətlər qrupu Fransa və Braziliya Futbol Federasiyasının da baş sponsorları arasındadır.
Mütəxəssislər bu qalmaqallı hadisənin şirkətə 50 milyarddan çox zərər verəcəyini bildirib. Bu da şirkətin sponsoru olduğu klublara maliyyə dəstəyini dayandırması ilə nəticələnəcək.
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR
Ramiz Mehdiyev işində sensasion adlar -ÖZƏL