"Məzarı üzərində yazılan misraları 1963-cü ildə, 24
yaşı olanda yazıb. "Mən burdayam, İlahi” cümləsi isə sonuncu kitabının
adıdır. Ona sual verdilər ki, "Vaqif müəllim, siz haradasınız?”,
cavabında dedi "Allahın olduğu yerdə...”.
Odur ki, biz bunların hamısını cəmləşdirdik və sonda bir qərara gəldik. Nəticədə hamının gördüyü məzarüstü abidə yarandı”.
Vətəninfo.az xəbər verir ki, bu sözləri Modern.az saytına yanvarın 28-də 76 yaşında dünyasını dəyişmiş xalq şairi Vaqif Səmədoğlunun xanımı Nüşabə Vəkilova bildirib.
Şairin
məzarüstü abidəsinin sosial şəbəkələrdə paylaşılan şəkli ictimaiyyətdə
emosional təsir yaradıb. Vaqif Səmədoğlunun məzarına başdaşı qoyulmayıb,
qəbirüstü abidə yalnız sinədaşından ibarətdir. Sinədaşında şairin
yaradıcılığından bir neçə misra sitat gətirilib və həmin misralara uyğun
olaraq məzar üstünə bir cüt ayaqqabı da qoyulub.

Bu barədə danışan Nüşabə xanım məzarın ətrafında mərhum şairin mərasiminə kimi yaşıllaşma işlərinin aparılacağını deyib:
"Büst olmayacaq. Elə o misralarda hər şey deyilir: "Məzarıma nə başdaşı qoyun, nə gül...”. Yəqin yadınızdadır, o, rəhmətə gedəndə bir gənc qız evindən bir cüt ayaqqabı gətirərək, məzarın başına qoydu. Elə bil ki, o bizim üçün bir ideya oldu. Bu dəqiqə oradan gəlirəm. Arxitektorla da danışdım. İlinə kimi məzarının ətrafı yaşıllaşdırılacaq”.
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR
Ramiz Mehdiyev işində sensasion adlar -ÖZƏL