“Milyonlarla yoxsul əfqan tiryək və xaşxaşdan gələn gəlirlə dolanır” –Əfqanıstan üzrə Baş Müfəttiş

“Milyonlarla yoxsul əfqan tiryək və xaşxaşdan gələn gəlirlə dolanır” –Əfqanıstan üzrə Baş Müfəttiş
"Milyonlarla yoxsul əfqan fermer və işçi tiryək xaşxaşının becərilməsindən əldə edilən gəlirdən asılıdır”.

Azpost.info bildirir ki, bu barədə ABŞ-ın Əfqanıstanın Yenidənqurulması üzrə Xüsusi Baş Müfəttişinin (SIGAR) ofisinin açıqlamasında deyilir.

SIGAR "Taliban” hakimiyyəti ələ keçirdikdən sonra narkotik ticarətinin artdığına dair Hindistan, Tacikistan və ABŞ-dan gələn xəbərlərə əsaslanaraq Əfqanıstanda narkotik vasitələrin becərilməsinin qadağan edilməsinin nəticələri ilə bağlı xəbərdarlıq edib.

"Taliban”ın ali lideri Molla Heybatulla Axundzadə bu ilin mart ayında narkotik maddələrin becərilməsi, qaçaqmalçılığı, alqı-satqısı ilə bağlı qadağan edilməsi ilə bağlı rəsmi göstərişi nəticəsində milyonlarla fermerin yaşamaq üçün başqa variantı olmayan, ağır işsizlik şəraitində ağır çətinliklərlə üzləşdiyi bildirilir.

SIGAR-ın ABŞ Dövlət Departamentinə istinadən verdiyi məlumata görə, "Taliban” nəzarəti ələ keçirdikdən sonra embarqo və beynəlxalq yardımın dayandırılması tiryək yetişdirilməsi gəlirindən asılılığı artırıb.

Terrorizmlə mübarizə üzrə beynəlxalq və regional konfransda çıxış edən Tacikistan Daxili İşlər Nazirliyinin məlumatına görə, Taliban hakimiyyətə gəldikdən sonra narkotiklərin becərilməsi və qanunsuz dövriyyəsi təxminən iki dəfə artıb.

Bu, "Taliban”ın alternativ məhsulların qiymətini ödəmək üçün heç bir proqrama malik olmamalarına baxmayaraq, dəfələrlə beynəlxalq ictimaiyyətə yardım üçün müraciət etməsi ilə bağlıdır.


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az