Mingəçevirdə maşın qaçırıldı - İçərisində 150 minlik qızıl-zinət əşyaları ilə

   Mingəçevirdə maşın qaçırıldı - İçərisində 150 minlik qızıl-zinət əşyaları ilə

Mingəçevir şəhərində içərisində 150 min manatdan çox qızıl-zinət əşyaları olan avtomobil qaçırılıb.
Hadisə bu gün axşam saatlarında şəhərin Heydər Əliyev prospektində, ticarət mərkəzi yaxınlığındakı qızıl mağazasının qarşısında qeydə alınıb.
Belə ki, 1962-ci il təvəllüdlü Mingəçevir şəhər sakini, qızıl mağazasının sahibi Azər Nazim oğlu Müzəffərov axşam saatlarında həmişə olduğu kimi dükandakı bütün qızıl-zinət əşyalarını xüsusi çantaya yığaraq "VAZ-2107” markalı avtomobilinə qoyub işə saldıqdan sonra obyekti bağlamağa gedib. Bu zaman avtomobil naməlum şəxs tərəfindən qaçırılıb.
Faktla bağlı araşdırmalara və əməliyyat-axtarış tədbirlərinə başlanılıb.

Miq.Az




İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az