13-cü uşağı dünyaya gələn Bərdə sakini: "Hərdən hamısının adını yadda saxlaya bilmirəm"
Bərdədə İsgəndərovlar ailəsinin 13-cü uşağı dünyaya gəlib. Vətəninfo.az APA TV-yə istinadən xəbər verir ki, hazırda evə buraxılan ana və körpənin vəziyyəti yaxşıdır. İsgəndərovlar Bərdənin Cəyirli kəndində yaşayırlar. Ev sahibi Tale İsgəndərov Bərdə şəhərində şəhərarası marşrut sürücüsüdür.
"1996-cı ildə ailə qurmuşuq. Bu, bizim 18-ci uşağımızdır. 5 körpəmiz doğulmamışdan əvvəl ölüb. Bundan əvvəl 5 uşaq anadan ölü doğulub, 3-ü isə olandan sonra ölüb".
Uşaqların 7-si oğlan, 6-sı qızdır. Böyük uşağın 18 yaşı var. Sonuncu körpəyə Mehriban adını veriblər. Çəkisi 3,8 kiloqram, boyu isə 52 santimetrdir. Uşaqların atası deyir ki, günün çox saatını işdə keçirdiyi üçün uşaqların adını unudur.
"Yanımda olsalar, saya bilərəm. Qoy cəhd edim. Yunis, Davud, Sara,
Yusif, Binnət, Sənubər, Məryəm, Yəhya, Səma, Gülər, Əyyub, Raquf,
Mehriban. Bizdə çox vaxt uşağın zərif səsi gəlir, onu eşitmək istəyirik.
Evdə lap balaca uşaq olanda xoşlarına gəlir. Onun başqa bir ləzzəti
var".
Uşaqların çox mehriban olduğunu deyən Taleh İsgəndərov çoxuşaqlı ailə
olduğu üçün özünü xoşbəxt hiss etdiyini və həmişə dua etdiyini deyir.
"Dolanırıq Allahın köməyi ilə. Minnətdaram Allahıma".
Sahil Babayev rəqəmləri açıqladı: Azərbaycan büdcəsi neftdən asılılıqdan xilas olur
Razi Nurullayev: “Cərimələrin əsas məqsədi büdcəyə vəsait toplamaq deyil”
Vətəndaşın adına qanunsuz şirkət açanlara qarşı tədbirlər sərtləşdirilməlidir
Vətəndaşın adına qanunsuz şirkət açanlara qarşı tədbirlər sərtləşdirilməlidir
Azərbaycanda həmin gün evlənənlərin sayı rekord vurdu - AÇIQLAMA
Natiq Cəfərli: ““Parlamentdə müxalifətin adı var, özü yoxdur” fikrini bütün partiyalara şamil etmək doğru deyil”
“Hazırda məktəblərdə “TikTok”a çıxış bloklanıb” - Nazir müavini
Uşaqların 42 faizi gecə saat 2-yə qədər telefondadır - Komitə sədri
Deputat: “Radikallar Azərbaycandakı demokratiyaya irad bildirə bilirlərsə, deməli, Azərbaycanda demokratiya var”