Misirdən ŞOK İTTİHAM - Ərdoğan Misiri işğal etmək istəyir

Misirdən ŞOK İTTİHAM - Ərdoğan Misiri işğal etmək istəyir
Misirin rəsmi xəbər agentliyi olan "MENA" nəşri ölkədə Türkiyəyə casusluq etdikləri iddiası ilə 29 nəfəri həbs edib. Onlar ölkə ərazisində onlarca sui-qəsd, terror, hakimiyyəti devirməkdə və saxta pul ticarətində ittiham edilirlər.

Publika.az xarici KİV-ə istinadən xəbər verir ki, ölkənin təhlükəsizlik qurumları tərəfindən aparılan araşdırma zamanı saxlanılan 29 nəfərin ölkədə kəşfiyyat apardığı aşkarlanıb. Misir mediası onların Qətər tərəfindən maliyyələşdirildiyini və Türk kəşfiyyatından təlimat aldıqlarını yazır.
Məqalədə o da qeyd olunur ki, Türkiyə 2013-cü ildən bu günə kimi Misiri nəzarətdə saxlayır: "Saxlanılan şəxslər bir daha sübut edir ki, Ərdoğan gizli şəkildə Misirin atdığı addımları izləyir. Türkiyə ölkəyə göndərdiyi casuslar vasitəsilə ölkənin milli maraqlarına zərər verəcək terror aktları planlaşdırır. Onların ifşa edilməsi Misir tərəfindən Türkiyəyə "ağır bir yumruq" oldu".
Son olaraq Türkiyənin bu addımlarının dünya mediasının diqqətini ölkədaxili proseslərdən yayındırmaq məqsədi daşıdığı iddia olunur.
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az