Moldova prezidenti Nikolae Timofti etirazçıların istefa tələbini rədd edib.
Vətəninfo.az xəbər verir ki, APA-nın "lenta.ru”ya istinadən verdiyi məlumata görə, bu barədə Moldova Prezident Administrasiyasının baş katibi İon Peduraru açıqlama yayıb. O bildirib ki, prezident N. Timofti şübhəsiz ki, istefaya getməyəcək və etirazçıların tələblərinə tabe olmayacaq: "Bu qəribə və əsassız tələblər birdən-birə ortaya çıxdı və onların fəaliyyətlərinin leytmotivi oldu. Sanki başqa heç bir problem yoxdur. Prezidentin istefası nə cəmiyyətin, nə də ölkənin marağındadır”.
Etirazçıların prezidentin meydana çıxmaq tələbinə cavab verən administrasiyanın baş katibi N. Timoftinin bu məsələyə baxacağını söyləyib.
Qeyd edək ki, sentyabrın 6-da Kişinyovun mərkəzində kütləvi aksiya başlayıb. Həmin günün axşamı nümayişçilərin sayı 10 min olub. Onlar hökumət binasının qarşısında çadırlar qurublar. Etirazçıların əsas tələbi prezidentin hakimiyyətdən getməsi və növbədənkənar parlament seçkilərinin keçirilməsidir.
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR
Ramiz Mehdiyev işində sensasion adlar -ÖZƏL