Moskvada quldurluq edən azərbaycanlılara 86 İL HƏBS

Moskvada quldurluq edən azərbaycanlılara 86 İL HƏBS
Moskva vilayət məhkəməsində beynəlxalq yükdaşıma ilə məşğul olan sürücülərə qarşı quldurluq hərəkəti edən azərbaycanlılara hökm oxunub.
 
 Lent.az-ın məlumatına görə, Seymur Zeynalovun başçılıq elədiyi 6 nəfərlik dəstə Moskva və Moskva vilayətində yük avtomobili sürücülərinə basqın edərək onların pullarını, bəzi hallarda isə yüklərini əllərindən alıblar.
Məhkəmə istintaqı sübut edib ki, dəstə üzvləri  quldurluq yoluyla bir milyon dollara yaxın vəsait əldə ediblər.
Moskva vilayət məhkəməsi Seymur Zeynalovun 16,  digər dəstə üzvləri Hüseyn Hüseynovun 15, Fuad İsgəndərov, Namiq Abbasov, Qafar Əliyevin 14, Şamo Salmanovun isə 13 il müddətinə həbs edilməsi barədə qərar çıxarıb.
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az