Mosulda partlayış:70 İraq əsgəri öldürüldü
Döyüşlər Mosulun içərisində davam edir. Bombardımanlardan ciddi yara alan "xilafətçilərin” öz canları bahasına vuruşduqları bildirilir.
Mosulun şərqindən şəhərə daxil olan maşın karvanının arasına atılan intihar bombaçısı özünü partladıb, nəticədə 70 iraqlı əsgər həyatını itirib.
Qeyd edək ki, Mosul əməliyyatına 30 min hərbçinin qoşulduğu xəbər verilir. Şəhərdəki İŞİD-çi sayı isə 10-15 min arasında təxmin olunur. Onlardan 5 minin artıq Mosuldan qaçıb Raqqaya getdikləri bildirilir.
Bu məlumatlar həqiqətdirsə, 30 min əsgərə qarşı 5 və ya 10 min "xilafətçi” döyüşür. "Xilafətçilər” həm də beynəlxalq koalisiya qüvvələri tərəfindən havadan vurulurlar.
Miq.az