"MTK-lara nağdlı ödənişlər qadağan olunmalıdır"


Ekspert: Niyə MTK-lar insanlardan nağd pul toplamalıdırlar?

Mənzil-Tikinti Kooperativlərinin (MTK) fəaliyyətinin şəffaflaşdırılması üçün onlara olan bütün ödənişlərin nağdsız aparılmasının təmin edilməsi vacibdir.

Miq.Az xəbər verir ki, İqtisadi və Sosial İnkişaf Mərkəzinin (CESD) rəhbəri, tanınmış iqtisadçı-ekspert Vüqar Bayramov öz "Facebook” səhifəsində bu barədə yazıb.

Onun sözlərinə görə, qanunvericiliyə dəyişiklik edilməsi və MTK-lara nağdlı ödənişlərin qadağan olunmasına ehtiyac var. 

"Əgər bu gün çox fərqli xidmətlər, hətta sığorta ödənişləri yalnız nağdsız aparılırsa niyə MTK-lər insanlardan nağd pul toplamalıdırlar? Hər bir MTK-nin bank hesabı var və ödənişin də yalnız banklar vasitəsi ilə aparılması təmin edilməlidir. Nəticədə, bu onların tələb etdiyi haqların məbləğini müəyyənləşdirməyə və vergindən yayınmanın qarşısının alınmasına imkan yaratmaqla yanaşı, həm də onların fəaliyyətində şəffaflığın gücləndirilməsinə səbəb ola bilər”, - deyə Vüqar Bayramov qeyd edir.

CESD rəhbəri eyni zamanda bildirir ki, yeni qaydaların icrasına nəzarətin gücləndirilməsinə də ehtiyac var.

"Bu sahədə dəyişikliklərin olması və nəzarət mexanizminin təkmilləşdirilməsi vacibdir ki, MTK-lar vətəndaşlarından yüksək ödəniş tələb etməsinlər”, - deyə V.Bayramov bildirib.

Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az