MTN Suriyada döyüşən Ağsu sakinini həbs etdi

MTN Suriyada döyüşən Ağsu sakinini həbs etdi

Suriyada döyüşlərdə iştirak etməkdə şübhəli bilinən şəxs həbs edilib.

Ağsu rayon sakini, 1985-ci il təvəllüdlü Əhmədov Taleh Mahir oğlu Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində həbs olunub.

Aparılan araşdırmalar zamanı onun 2014-cü ildə Suriyaya getdiyi və 3 ay orada qaldığı məlum olub.

Onun barəsində Cinayət Məcəlləsinin 279-cu (qanunvericilikdə nəzərdə tutulmayan silahlı birləşmə və ya qrup yaratma) maddəsinə əsasən cinayət işi başlanılıb və məhkəmənin qərarı ilə həbs-qətimkan tədbiri seçilib. Hazırda faktla bağlı araşdırmalar davam etdirilir (APA).



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az