Müavinindən Sarkisyana gözlənilməz zərbə

Müavinindən Sarkisyana gözlənilməz zərbə
Ermənistanın hakim Respublika Partiyasının sədr müavini, keçmiş baş nazir Ovik Abramyan partiyadan istefa verməyə hazırlaşır.

Publika.az "Azadlıq” radiosunun erməni xidmətinə istinadən xəbər verir ki, Abramyan istefası ilə əlaqədar bəyanatla çıxış edəcək.

"Mən Respublika Partiyasından çıxmaqla bağlı qərar verdim və sabah bunu bəyan edəcəm”, - deyə Abramyan radioya açıqlamasında bildirib.

O, radionun digər suallarına cavab verməkdən imtina edib.

Respublika Partiyasının təşkilat komitəsinin sədri Ruben Tadevosyan isə radioya açıqlamasında deyib ki, Abramyanın istefa ərizəsi hələ onlara daxil olmayıb.

Qeyd edək ki, Respublika Partiyasının sədri Ermənistan prezidenti Serj Sarkisyandır. O. Abramyan Sarkisyanın sərəncamı ilə ötən il istefaya göndərilib. Onun yerinə "Qazprom”un əməkdaşı Karen Karapetyan gətirilib.
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az