Müdafiə naziri, general-polkovnik Zakir Həsənovun əmrinə əsasən,
nazirliyin fəaliyyəti ilə bağlı daxil olan ərizə və şikayətlərə baxmaq,
müəyyən olunmuş qaydada tədbirlər görmək, habelə vətəndaşların qəbul
edilməsi işinin səmərəli təşkili məqsədilə qəbul qaydalarında bəzi
dəyişikliklər edilib.
Vətəninfo.az-ın Müdafiə Nazirliyinin
saytına istinadən verdiyi xəbərə görə, hərbi qulluqçuların və digər
vətəndaşların müraciətlərinə diqqət və qayğının artırılması məqsədilə
Müdafiə Nazirliyində rəhbər vəzifəli şəxslərin qəbul günləri müəyyən
olunub.
Əmrə əsasən Silahlı Qüvvələr və Qoşun növləri
komandanları, nazirliyin baş idarə, idarə, müstəqil şöbə, xidmət
rəisləri, birlik, birləşmə və əlahiddə hərbi hissə (gəmi) komandirləri
və digər müəssisə rəisləri də müəyyən edilmiş vaxtlarda vətəndaşları
qəbul etməli və müraciətlərə baxmalıdırlar.
Nazirliyin rəhbər
vəzifəli şəxsləri tərəfindən vətəndaşların qəbulu müəyyən olunmuş
günlərdə saat 16.00-dan 18.00-dək Müdafiə Nazirliyinin Həzi Aslanov
adına Mərkəzi Zabitlər Evində və digər yerlərdə həyata keçiriləcək.
Hərbi qulluqçuların və digər vətəndaşların qəbulu barədə daha ətraflı
məlumatı Müdafiə Nazirliyinin rəsmi internet səhifəsinin "Azərbaycan
Respublikası Müdafiə Nazirliyində rəhbər vəzifəli şəxslər tərəfindən
vətəndaşların qəbul günləri" bölməsindən əldə etmək olar.
Sahil Babayev rəqəmləri açıqladı: Azərbaycan büdcəsi neftdən asılılıqdan xilas olur
Razi Nurullayev: “Cərimələrin əsas məqsədi büdcəyə vəsait toplamaq deyil”
Vətəndaşın adına qanunsuz şirkət açanlara qarşı tədbirlər sərtləşdirilməlidir
Vətəndaşın adına qanunsuz şirkət açanlara qarşı tədbirlər sərtləşdirilməlidir
Azərbaycanda həmin gün evlənənlərin sayı rekord vurdu - AÇIQLAMA
Natiq Cəfərli: ““Parlamentdə müxalifətin adı var, özü yoxdur” fikrini bütün partiyalara şamil etmək doğru deyil”
“Hazırda məktəblərdə “TikTok”a çıxış bloklanıb” - Nazir müavini
Uşaqların 42 faizi gecə saat 2-yə qədər telefondadır - Komitə sədri
Deputat: “Radikallar Azərbaycandakı demokratiyaya irad bildirə bilirlərsə, deməli, Azərbaycanda demokratiya var”