“Müharibə uzun zaman davam edəcək”-Xarici işlər naziri
Omanda səfərdə olan Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov Suriyada əməliyyatların uzun müddət davam edəcəyini açıqlayıb.
Cenevrədə Suriya müxalifətinin uyğun olmayan ilkin şərt irəli sürdüyünü deyən Lavrov Türkiyə ilə sərhədin bağlanmasının vacib olduğunu deyib. (Axar.az)
"Əl Qaidə ilə əlaqəli Nüsrə Cəbhəsi kimi terror təşkilatları gerçək mənada məğlub olana kimi əməliyyatlar davam edəcək. Bu səbəbdən hava hücumlarının bitməsi üçün bir səbəb görmürəm. Cenevrə danışıqlarında müxaliflər arasında kaprizli insanlar olduğunu gördük. Çünki Cenevrə Bəyannaməsi, Vyanada qəbul edilən sənədlər və ya BMT Təhlükəsizlik Şurasının (BMGK) qərarı ilə heç bir əlaqəsi olmayan ilkin şərtlər irəli sürürlər”, - Lavrov qeyd edib.
Miq.az