Bu gün Bakıda Ümumdünya Gömrük Təşkilatının (ÜGT) 10-cu illik PICARD ("Gömrük sahəsində akademik araşdırmalar və inkişaf üzrə əməkdaşlıq proqramı”) konfransı öz işinə başlayıb.
Vətəninfo.az-ın APA-ya istinadla məlumatına görə, "Gülüstan” sarayında təşkil olunan konfransda Azərbaycan da daxil olmaqla, 53 ölkədən 241 nümayəndə, 21 beynəlxalq və regional təşkilat, o cümlədən, 3 Nobel mükafatçısı iştirak edir.
PICARD konfransının açılış mərasimində Azərbaycan baş nazirinin müavini Abid Şərifov, Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev, ÜGT-nin baş katibi Kunio Mikuriya və Koreya Gömrük Xidmətinin sədr müavini Don Hyunq Linin iştirak edir.
Tədbirin ilk günü Nobel mükafatı laureatı, Harvard Universitetinin professoru (ABŞ) Erik Maskin "Niyə qlobal bazarlar inkişaf etməkdə olan ölkələrdə bərabərsizliyi azalda bilmədi?” və Birləşmiş Krallığın Beynəlxalq Vergi və Tərəqqi Mərkəzinin Baş direktoru Mik Mur isə "Beynəlxalq əməkdaşlıq: ticarət və vergilərin müqayisəsi” adlı əsas məruzə ilə çıxış edəcəklər.
Sonra konfrans "Gömrük əməkdaşlarının təşviq edilməsi amilləri” və "Qlobal Dəyər Zəncirləri” adlı sessiyalarla işini davam etdirəcək, bu bölmələr üzrə məruzələr dinləniləcək.
Sabah sentyabrın 9-da isə konfransın sessiyaları "Gömrük sahəsində yeniliklər”, "Qlobal Dəyər Zəncirləri”, "Gəlir və tarif məsələləri”, "Saxtakarlıq və faktlar” məsələlərinə həsr olunacaq. Həmin gün əsas məruzə ilə Nobel mükafatı laureatı, ABŞ-ın Arizona Dövlət Universitetinin professoru Edvard K. Preskott çıxış edəcək.
Sentyabrın 10-da konfrans öz işini "Saxtakarlıq və faktlar”, "Mədəniyyət nümunələri üzərində mülkiyyət hüquqlarının qorunması”, "Gömrük risklərinin idarə edilməsi”, "Qeyri-formal ticarət” adlı sessiyalarla yekunlaşdıracaq. Həmin gün isə "Milli siyasi mühitin innovativ fəaliyyətə və kapitalın formalaşmasına təsiri” adlı əsas məruzə ilə Nobel mükafatı laureatı, Santa Barbarada yerləşən Kaliforniya Universitetinin professoru Finn Kidland çıxış edəcək.
Sentyabrın 11-də isə Bakıda Beynəlxalq Gömrük Universitetləri Şəbəkəsinin (INCU) Regional Ofisinin rəsmi açılış mərasimi gerçəkləşəcək.
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR
Ramiz Mehdiyev işində sensasion adlar -ÖZƏL
Namiq Hacıheydərlisiz təqvim...
Nazim Hikmətin salamını almayan Leventə cavabı
Emil Rasimoğlu: "Xammal olan istənilən mövzu isə cəmiyyətdir, kütlədir"
SU KİMİ ŞƏFFAF ÖMÜRLÜ İNSAN..
Cavid Fərzəli: "Xoşbəxtlik ağ gününə qar olmaqdır..."
Dustaqlara nə deyərdim?
Fəlakətin Əsiri
Ədəbiyyatımızda "GÜLLƏLƏNMİŞ" BAŞ redaktorlar
Yalnız Qürbətdə Vətənin əclaflığını və soydaşların əclafını da sevmək olur!
Utanan həbsxana və ya Aydın Canıyevin yandırılmış fotosu...
Çox qəmə binəsən, gözüm...”– Paşa Talıblı
Paşa Talıblıdan yeni şeirlər: "Cəllad can seyrinə çıxır..."
"Allahın altından yer istəmirəm..."— Paşa Talıblıdan yeni şeirlər
"Şükür, yenə bu nəfəsdə yoruldum..."- Paşa Talıblıdan YENİ ŞEİRLƏR
İlham Əliyev Monqolustan səfirini qəbul etdi
Ramiz Rövşən: SON GÖRÜŞ