"İRƏLİ” İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökümət Təşkilatlarının Dövlət Dəstəyi Şurası ilə birliyin əsas prioritet istiqamətlərindən olan Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması və Dağlıq Qarabağ münaqişəsi haqqında Azərbaycan tərəfinin mövqeyinin möhkəmləndirilməsi üçün "Münaqişə tərəfi Azərbaycan: həqiqətlər və reallıqlar” adlı layihəsinin icrasına başlayır.
Noyabr ayında keçiriləcək layihə çərçivəsində 10-dan çox ölkənin 20-yə yaxın KİV nümayəndələrinin və bloqqerlərin Bakıda keçirilicək forumda iştirakı nəzərdə tutulub. Azərbaycanda səfərdə olacaq mətbuat nümayəndələrinin münaqişənin digər tərəfi olan Azərbaycanın mövcud həqiqətləri və reallıqları haqqında daha geniş məlumat alması məqsədi ilə müxtəlif dövlət qurumlarının səlahiyyətli şəxsləri, dövlət rəsmiləri ilə birgə görüşlərinin keçirilməsi, dağlıq qarabağ həqiqətlərinin öyrənilməsi üçün qaçqın və məcburi köçkünləri ziyarət edilməsi, Azərbaycanın gənc jurnalistikasında bu mövzunu araşdıran jurnalistlərlə körpü tədbirlərin hazırlanmasıplanlaşdırılır.
Avropanın və Asiyanın bir çox ölkələrindən iştirak edəcək jurnalistlər öncədən Dağlıq Qarabağ münaqişəsi haqqında olan araşdırmalarını təqdim edəcəklər. Seçim zamanı həmin araşdırmaların arasından daha çox konlifkt və sülh mövzusunu araşdıran, Dağlıq Qarabağ mövzusunda hər zaman müşahidələr aparan jurnalist və bloqqerlərə üstünlük veriləcək. Layihədə həmçinin Azərbaycanda fəaliyyət göstərən, sülh mövzusunu mütəmadi olaraq araşdıran, gənc jurnalistlər də iştirak edəcək.
Layihənin keçirilməsində əsas məqsəd Azərbaycanın münaqişə tərəfi olaraq mövcud həqiqətlərini dünyanın bir çox ölkəsində yaşayan gənc soydaşlarımıza və mətbuat nümayəndələrinə bəyan etməkdir.