"Parlament seçkilərində namizədliyimi irəli sürəcəm”.
Vətəninfo.az-ın Modern.az-a istinadən məlumatına görə, bunu "Azəri-Türk Qadınlar Birliyi”nin sədri Tənzilə Rüstəmxanlı deyib.
Onun sözlərinə görə, builki parlament seçkilərində Bakıda yaşadığı və tanındığı ərazidən şansını dəyərləndirəcək.
"Bakıda hansısa bir dairədən namizədliyimi irəli sürəcəm. Hələ ki bu
haqda tam qərar verə bilmədiyimizə görə, ondan dolayı bir az ləngimələr
olur. Hazırda proseslərin gedişini izləyirik, baxaq, görək kim hansı
dairədən namizədliyini irəli sürəcək.
İki gün ərzində namizədliyimi hansı dairdən verəcəyimi açıqlayacam”.
"Namizədliyinizi
irəli sürəcəyiniz halda, Sabir Rüstəmxanlı da seçkilərə qatılacaqmı”
sualını T.Rüstəmxanlı bu şəkildə cavablandırıb:
"Sabir müəllim
hələ ötən il mənə demişdi ki, builki parlament seçkilərinə
qatılmayacaq. Mənə dedi ki, builki seçkilərdə sən iştirak edərsən. Bilir
ki, mən iki dəfə seçkilərdə iştirak etməkdən imtina etmişəm. Təklifi
Sabir müəllim özü irəli sürüb və mənə bildirib ki, seçkilərə qatılmaq
sənin də haqqındır. Əgər mən namizədliyimi versəm, o zaman Sabir müəllim
seçkilərə qatılmayacaq”.
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR
Ramiz Mehdiyev işində sensasion adlar -ÖZƏL