Müdafiə naziri, general-polkovnik Zakir Həsənov, nazirliyin rəhbər heyəti, eləcə də Türkiyənin ölkədəki səfiri İsmayıl Alper Coşkun "TurAz Qartalı-2015” birgə taktiki təlimlərində iştirak edən Azərbaycan və Türkiyə Hərbi Hava Qüvvələri aviasiya vasitələrinin yerləşdiyi aerodroma gəliblər.
Vətəninfo.az Müdafiə Nazirliyinin saytına istinadən xəbər verir ki, ölkələrin təhlükəsizliyi baxımından təlimlərin əhəmiyyətini vacib sayan Z.Həsənov bunun hərbi gücün daha bir nümunəsi olduğunu qeyd edib.
O, təlim iştirakçılarına uğurlar arzulayaraq döyüş aviasiyasının uçuşlarının yüksək səviyyədə keçirilməsindən məmnun qaldığını ifadə edib.
Təlimlərin Azərbaycanda keçirilməsinin vacibliyini vurğulayan səfir İ.Coşkun qürur hissi keçirdiyini bildirərək son illərdə bu cür birgə təlimlərin keçirilməsinin artıq ənənə halını almasını xüsusi qeyd edib. Sonra təlimlərin məqsədi, şəxsi heyətin hazırlığı, yerləşməsi, cəlb edilən qüvvələr, icra edilən tapşırıqlar, aviasiya vasitələrinin uçuşu və istifadəsi barədə brifinq təqdim olunub.
Müdafiə naziri uçuş və texniki heyətlə görüşərək döyüş aviasiyasına baxış keçirib, onların taktiki-texniki xüsusiyyətləri, tətbiqi imkanları, həmçinin müxtəlif təyinatlı atəş sistemlərinin hazırlıq səviyyəsi ilə maraqlanıb.


TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR
Ramiz Mehdiyev işində sensasion adlar -ÖZƏL