Vətəninfo.az Modern.az-a istinadla xəbər verir ki, Təhsil Problemləri İnstitunun direktor müavini Ənvər Abbasov bildirib ki, bütün dərsliklər standartlara uyğun yazılır.
"Bütün normativlər hər yerdə gözlənilməlidir ki, vahid prinsip olsun. "Azərbaycan dili” ilə bağlı standartlar yaranarkən bunun üzərində böyük komissiya işləyib. Komissiyanın sədri Nizami Cəfərovdur, qurumun 23-ə yaxın üzvü var. Dərsliklər də komissyanın tələbinə uyğun olaraq hazırlanır”.
8-ci sinfin "Azərbaycan dili”nin
müəllifi Samirə Beqtaşi də dərsliyi yazarkən məhz həmin standartlardan
yola çıxdıqlarını qeyd edib.
"Bugünkü uşaqların danışıq
leksikonu götürdük və ədəbi dillə qarşılaşdırdıq. Şagirdlərin
danışaqlarına baxdıq, izlədik və dərslikdə bu yolla getdik. Bu dialoqa
getməyimizin səbəbi dilimizin saflığını qorunması ilə bağlıdır. Biz də
qərara gəldik ki, 8-ci sinifdən onları yaxşı danışmağa yönəldək. Bu
danışıq da dərslikdə müqayisəli şəkildə verilib. Və tövsiyyə olunur ki
nitqimizi artıq sözlərdən təmizləyib, ədəbi normalara uyğun danışaq. Biz
şagirdlərə imkan veririk ki, seçim etsinlər, ona hansı xoşdur və hansı
seçimi edəcək. Nitq mədəniyyətini öyrətmək üçün fikirləşirik ki, düzgün
yol seçmişik. Biz dərsliyi yazarkən qabaqcıl ölkələrin dərsliklərindən
yararlanmışıq. Bizim dilimizdə belə ifadələr işlənir və ən çox da
yeniyetmələrin və şagirdlərin ifadələrində işlənilir”.
Təhsil
Nazirliyinin Təhsil resursları şöbəsinin müdiri Əsgər Quliyev qeyd edib
ki, dildə nəyisə qadağan etmək, nəyisə öyrətməmək və yasaq etmək
mümkünsüzdür.
"Cəmiyyətdə insanların xarakteri necədirsə, dil
də o cürdür. Danışıq da, nitq də bir mədəniyyətdir. Kobud, adi məişət
dilində danışan şagird oxuyan deyil, ədəbi dildə danışan isə oxumaq
həvəskarıdır. Uşaqların özündə olan xarakter nitqində də müşahidə olunur
və çatdırılır ki, bu cür danışıq yaxşı qarşılanmır. Cəmiyyət tərəfindən
yaxşı qarşılanmaq istəyirsənsə, ədəbi dilin normalarına uyğun
danışmalısan. Bu mətn ona görə salınmayıb ki, müəllim istəyib. Bu
standartlara uyğun şəkildə hazırlanıb. Bu mətn dərslik formasına
düşəndən yüzlərlə insanın ekspertizasından keçir. Yəni bura təsadüfən
düşmür”.