Bakıda fəaliyyət göstərən kiçik iaşə obyektləri sanitar qaydalara riayət etmir.
Vətəninfo.az xəbər verir ki, bunu Trend-ə Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin Qidalanma Gigiyenası şöbəsinin müdiri İmran Abdullayev deyib.
Onun sözlərinə görə, qaydalara riayət etməyənlər əsasən dönərxanalardır. Təmsil etdiyi qurum tərəfindən sanitar normalara cavab verməyən iaşə müəssisələri aşkarlanan zaman cəzalandırıldığını qeyd edən İ.Abdullayev vurğulayıb ki, sanitar qaydaları pozanlar əsasən bazarların kənarlarında və ya həmin obyektlərə yaxın ərazilərdə fəaliyyət gösətərən iaşə müəssisələridir: "Qaçqın və məcburi köçkünlərin məskunlaşdığı ərazilərə yaxın yerlərdə işləyən müəssisələr də bu qaydalara riayət etmirlər".
İ.Abdullayev qeyd edib ki, kiçik müəssisələr əti və digər ləvazimatları saxlamaq üçün tələblərə cavab verən soyuduculardan əksər hallarda istifadə etmirlər.
Qurum rəsmisi eyni zamanda, qaydalara riayət edən iaşə obyektlərinin də az olmadığını vurğulayıb. Onun sözlərinə görə, son zamanlar bu tendenisya artmaqdadır: "Sanitar qaydalara və tələblərə cavab verən böyük dönərxanalar da var. Həmin obyektlər sanitar normalara tam cavab verir və müştərilərin təhlükəsiz qidalanmaları üçün əllərindən gələni edirlər”.
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR
Ramiz Mehdiyev işində sensasion adlar -ÖZƏL