Neft bahalaşır - 55 dolları keçdi

Neft bahalaşır - 55 dolları keçdi
Dünya birjalarında neft bahalaşmaqdadır.

Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,46 dollar artaraq 52,14 dollar təşkil edib.
 
ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri isə 0,60 dollar artaraq 55,06 dollar olub.
 
Beləliklə, Brent markalı neftin qiyməti 16 aylıq aradan sonra 55 dollar həddini ötüb. Neftin bahalaşmasına OPEC üzvlərinin Vyana görüşündə hasilatın azaldılmasına dair əldə etdiyi razılaşma səbəb olub.
 
Düzdür, bugünkü ticarət sessiyanın açılışında neftin qiyməti neqativ dinamika nümayiş etdirib.//APA
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az