Səudiyyə Ərəbistanı neftin 1 barrelinin qiyməti 20 dollara düşsə də hasilatı azaltmaq niyyətində deyil.
Vətəninfo.az xəbər verir ki, bu fikri krallığın neft naziri Əli əl-Nuyami səsləndirib.
Əl-Nuyami “Middle East Economic Survey” nəşrinə müsahibəsində deyib: “Qiymət istər 20, istər 40, istərsə də 50 dollara qədər ensin, bunun heç bir əhəmiyyəti yoxdur”. Onun sözlərinə görə, hətta qiymətlərin xeyli düşməsinə baxmayaraq neftin hasilatının azalması nə Ər-Riyadın, nə də Neft İxrac edən Ölkələr Təşkilatının (OPEK) maraqlarına cavab vermir.
Əl-Nuyami vurğulayıb: “OPEK siyasəti çərçivəsində neft hasilatının azalması onun qiymətindən asılı olmayaraq hasilatçıların marağında deyil. O, həmçinin bildirib ki, ölkə “hər bir yeni müştərinin ehtiyacını təmin etmək üçün neft hasilatını və bazardakı payı artırmağa” hazırdır.
Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR