Neftin qiyməti 2009-cu ilin rekordunu yeniləyib

Neftin qiyməti 2009-cu ilin rekordunu yeniləyib
Dünya birjalarında neftin bahalaşması davam edir.

Miq.az APA-ya istinadən xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,62 dollar artaraq 51,68 dollar təşkil edib.

ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri isə 0,52 dollar artaraq 54,46 dollar olub.

Brent markalı neftin qiymətində 2009-cu ildən etibarən rekord artım müşahidə olunur. Həftə ərzində Brent markalı neft 12,3%, WTI isə 11,4% bahalaşıb. Nefti bahalaşdıran başlıca amil OPEK-ə üzv olan ölkələrin neftin hasilatının azaldılması ilə bağlı əldə etdiyi razılıqdır.
 
Miq.az 


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az