“Neftin qiyməti 50 dollar səviyyəsində sabitləşəcək” – Vahid Ələkbərov

“Neftin qiyməti 50 dollar səviyyəsində sabitləşəcək” – Vahid Ələkbərov

"OPEC-ə üzv olan ölkələrin Əlcəzairdə neftin sutkalıq hasilatının 32,5-33 mln. barrelədək azaldılmasına dair qəbul etdiyi qərar "qara qızıl”ın 1 barrelinin qiymətinin 50 dollar səviyyəsində sabitləşməsinə səbəb olacaq”.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu "LUKoil” şirkətinin prezidenti Vahid Ələkbərov bildirib.

V. Ələkbərov əlavə edib ki, neftin qiymətin 50 dolları ötə də bilər: "Bu qiymət şist neftin istehsalını rentabelli edir. Ona görə də hesab edirəm ki, neftin qiyməti təxminən 50 dollar səviyyəsində sabitləşəcək”.

Miq.az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az