Neftin qiyməti 50 dolları ötdü

Neftin qiyməti 50 dolları ötdü

Neftin dünya qiymətləri fəal şəkildə artmaqda davam edir.

Cümə axşamı keçirilən hərracların nəticələrinə görə, "Brent" markalı neftin qiyməti avqustun 26-dan bu yana ilk dəfə psixoloji mühüm qiymət həddini aşaraq bir barel üçün 50 dolları ötüb.

Bakı vaxtı ilə 22.20-yə olan vəziyyətə görə, "Brent"in noyabr fyuçerslərinin qiyməti 4,23% artaraq bir barelə görə 50,01 dollar təşkil edib.

WTI markalı neftin oktyabr fyuçerslərinin qiyməti 4,73% artaraq bir barel üçün 47,65 dollara çatıb.

Miq.az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az