“Nifrət edirəm”

“Nifrət edirəm”
"Ara ifaçılarına nifrət edirəm” Bunu Vətəninfo.az-a  İlkin Əhmədov bildirib: "Çox təəssüf ki, son illərdə musiqidə ara mahnılar "ləkə” kimi yer alır. Keyfiyyətsiz musiqiyə, ara ifaçılarına, musiqini korlayanlara nifrət edirəm.  Artıq insanlar bu musiqilərdən beziblər. Köhnə Bakı mahnılarını daha çox sevirəm. "More More” mahnısı hər zaman sevilib, amma son zamanlar gənc nəsil tərəfindən daha da sevilməyə başladı.
 
 
Təsadüfən mən də "More More” mahnısını bir məclisdə ifa etdim və dinləyicilər tərəfindən böyük rəğbətlə qarşılandı. İndi çox insanlar məni görəndə "More More” mahnısını səsləndirməyimi xahiş edirlər”. 
İ. Əhmədov yaradıcılıq planlarından da danışdı: "Gələn il yeni albom hazırlayıb dinləyicilərə təqdim edəcəm. Şəxsi münasibətlərdə isə hələ ki, sakitçilikdir. Amma ailə qurmağı da düşünürəm”.


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az