NİİM-ə yeni rəhbər təyin olunub

NİİM-ə yeni rəhbər təyin olunub
Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinə (NİİM) yeni rəhbər təyin edilib.
Vətəninfo.az-ın APA-ya istinadən xəbərinə görə, NİİM-in baş direktoru vəzifəsinə Rüfət İmanov gətirilib. Bu təyinata qədər R. İmanov NİİM-in İnnovativ inkişaf və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi olub.

 Xatırladaq ki, bir müddət əvvəl NİİM-in baş direktoru Elnur Abdullayev tutduğu vəzifədən azad olunaraq, nəqliyyat naziri Ziya Məmmədovun 3 avqust 2015-ci il tarixli əmri ilə Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin rəisi vəzifəsinə təyin edilib.



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az