Nişandan qayıdan ailə dəhşətli qəzaya düşdü: 1 ölü, 4 yaralı

Nişandan qayıdan ailə dəhşətli qəzaya düşdü: 1 ölü, 4 yaralı

Yevlax rayonunda ağır yol qəzası baş verib. Lent.az-ın məlumatına görə, saat 23 radələrində Yevlax-Aran-Mingəçevir yolunun 2-ci kilometrliyində "Mercedes" markalı minik avtomobili sürücünün idarəetməsindən çıxaraq aşıb. Nəticədə avtomobildə olan şəxslərdən 1989-cu il təvəllüdlü Mirzəyev Orxan Əvəz oğlu aldığı xəsarətlərdən hadisə yerində vəfat edib. Daha 4 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.
 
Qəzada yaralanan şəxslərdən ikisi 8-10 yaşlı uşaqlardır.
 
Bildirilir ki, ailə üzvləri nişan mərasimindən Mingəçevirə qayıdarkən qəzaya düşüb.
 
Faktla bağlı araşdırma aparılır.

Miq.az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az