"Bu gün Azərbaycan Milli Elmlər Akademiyasının Dilçilik İnstituna bütün parametrləri üzrə rəhbərlik edəcək tək bir adam var, o da akademik Tofiq Hacıyevdir”.
Vətəninfo.az xəbər verir ki, bunu Modern.az-a Milli Məclisin Mədəniyyət komitəsinin sədri Nizami Cəfərov AMEA-nın Dilçilik İnstitunda aparılan maliyyə yoxlmalarına və institut direktoru, akademik Tofiq Hacıyevin ləkələnməsinə cəhdə münasibət bildirərkən deyib.
O qeyd edib ki, yüksək biliyi, intelekti, dilçilik elmi, ümumiyyətlə, türkologiya sahəsində böyük nüfuzu, mükəmməl şəxsiyyəti olan Tofiq Hacıyevi maliyyə yoxlamaları, hər hansı xırda intriqalarla sındırmağa cəhd etmək mümkün deyil.
"Tofiq müəllim bir neçə ildir ora rəhbərlik edir. Hələlik inanmıram ki, orada maliyyə haqq-hesabı da ola bilər. Tofiq müəllim 100 il də ora rəhbərlik etsə, onu yaxşı tanıyan, onun tələbəsi olmuş şəxs kimi bilirəm ki, onun dövlətin 1 manatında da gözü yoxdur.
Ola bilsin ki, Tofiq müəllim özü də arada əsəbləşib, ərizə yazıb. Ola bilsin ki, institutun müəyyən adamlarının işdən çıxarılması, cəzalandırılmasında tələskənliyə yol verib. Bunlar ola bilər, çünki Tofiq müəllim yəqin birdən-birə inqilab etmək istəyib. Tofiq müəllim səhv edə bilməz, amma tələsə bilər. Bunu da Akademiya rəhbərliyi nəzərə almalıdır”.
N.Cəfərov qeyd edib ki, müəyyən məsələlərdə yenidən AMEA rəhbərliyi ilə söhbət etmək lazımdır.
"Bu məsələnin dolaşması maliyyə ilə bağlı deyil. Məsələnin həlli yolu
ayrıdır. Akdemiya rəhbərliyi Tofiq müəllimlə demokratik şəkildə söhbət
etməlidir ki, akademiya rəhbərliyi nədən narazıdır. Yəni hansı
problemlər olub ki, belə xoşagəlməz hal yaranıb”.

Qeyd
edək ki, son günlər Azərbaycan Milli Elmlər Akademiyasının Nəsimi adına
Dilçilik İnstitutu və oranın direktoru, akademik Tofiq Hacıyev
ətrafında gedən söhbətlər ictimaiyyətin diqqət mərkəzindədir. Hazırda
institutda 6 nəfərdən ibarət komissiya yoxlama aparırı. T.Hacıyev özü bu
haqda açıqlamasında belə deyib:
"Onlar 2012-ci ildə Prezident
İlham Əliyevin müvafiq sərəncamı ilə Dilçilik İnstitutuna maddi-texniki
bazanın yaxşılaşdırılması və elmi inkişaf üçün ayrılmış 2 milyon manatın
hesabatını soruşurlar. Mən instituta 2014-cü ildə, yəni instituta pul
ayrılandan iki il sonra təyin edilmişəm. Maraqlı işdir: bunlar özləri 2
milyonu xərcləyiblər, hesabınısa məndən soruşurlar. İndi də gəlib mənim
il yarımlıq nə işimi yoxlayırlar, bilmirəm. Niyə 2 milyonu xərcləyib
indi də gəlib hesabını məndən soruşurlar, aydın deyil”.