Nüşabə Ələsgərli konsertdən imtina etdi
Əməkdar artist Nüşabə Ələsgərli konsert verməkdən imtina edib.
O, təşkilatçıların təklifinə "yox" deməsinin səbəbini açıqlayıb:
"Konsert
sentyabrın 22-də və 23-də olacaqdı. Vaxt az idi. Mən başdansovdu edə
bilməzdim. Gözəl, səviyyəli konsertə hazırlaşmaq üçün 2 ay vaxt
lazımdır. Tamaşaçı qarşısında necə gəldi oxuya bilmərəm”.
N.Ələsgərli konsertlərdəki bilet satışlarından da söz açıb:
"İndi
konsertlərdə biletlərin 80 faizi dəvətnamə şəklində paylanılır. 20
faizi isə satılır. Biletlərin yaxşı satılması üçün yüksək səviyyədə
reklam lazımdır. Bir də gərək müğənni tamaşaçıya özünü sevdirməyi
bacarsın”.
Yay istirahətindən danışan N.Ələsgərli bu il Antalyada dincəldiyini deyib:
"Ötən
il istirahət edə bilməmişdim. Amma bu il yaxşı gəzdim, dincəldim.
Ailəmlə birlikdə əvvəlcə Antalyaya getdik, daha sonra isə Azərbaycanın
bölgələrinə yollandıq”.
Axşam.az