Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu (KİVDF) ilə birgə "Azərbaycanın alternativ (bərpa olunan) enerji mənbələri: mövcud vəziyyət, əsas prioritetlər və perspektiv imkanlar” mövzusunda fərdi jurnalist yazıları müsabiqəsi elan edib.
KİVDF-dən Vətəninfo.az-a bildirilib ki, müsabiqənin məqsədi Azərbaycanda alternativ və bərpa olunan enerji mənbələrindən istifadənin qlobal təhlükəsizliyə verdiyi töhfənin, ətraf mühitin qorunmasına müsbət təsirinin, iqtisadi baxımdan səmərəliliyinin ictimaiyyətin diqqətinə çatdırılması, bu sahədə mövcud vəziyyətinin araşdırılması, əsas prioritetlərin nəzərdən keçirilməsi və perspektiv imkanların təhlil edilməsidir.
Yazılar avqustun 1-dən oktyabrın 1-dək təqdim edilməlidir.
Dərc olunan yazıların sərlövhələri təklif edilən mövzu ilə eyni olmalıdır. Müsabiqəyə hər jurnalist yalnız bir yazı təqdim edə bilər.
Müsabiqədə birinci yer üçün bir, ikinci yer üçün iki, üçüncü yer üçün üç yazı qaliblərinin mükafatlandırılması nəzərdə tutulub. Birinci yerin qalibinə 1000, ikinci yeri tutana 800, üçüncü yerin sahibinə isə 600 manat veriləcək. Bundan əlavə, 10 yazı müəllifinə həvəsləndirici mükafat (200 AZN) təqdim olunacaq.
Qaliblər KİVDF-nin və Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin xüsusi diplomu ilə təltif ediləcəklər.
İlqar Məmmədov: - Azərbaycanda məcburi hərbi xidmət modeli yenidən nəzərdən keçirilməlidir
Vüqar Məmmədov həbsdə qaldı: vəsatət təmin olunmadı
Sahil Babayev rəqəmləri açıqladı: Azərbaycan büdcəsi neftdən asılılıqdan xilas olur
Razi Nurullayev: “Cərimələrin əsas məqsədi büdcəyə vəsait toplamaq deyil”
Vətəndaşın adına qanunsuz şirkət açanlara qarşı tədbirlər sərtləşdirilməlidir
Vətəndaşın adına qanunsuz şirkət açanlara qarşı tədbirlər sərtləşdirilməlidir
Azərbaycanda həmin gün evlənənlərin sayı rekord vurdu - AÇIQLAMA
Natiq Cəfərli: ““Parlamentdə müxalifətin adı var, özü yoxdur” fikrini bütün partiyalara şamil etmək doğru deyil”
“Hazırda məktəblərdə “TikTok”a çıxış bloklanıb” - Nazir müavini
Uşaqların 42 faizi gecə saat 2-yə qədər telefondadır - Komitə sədri