Obama ərəbləri məhkəməyə verməyi yasaqladı

Obama ərəbləri məhkəməyə verməyi yasaqladı

ABŞ prezidenti Barak Obama 11 Sentyabr terroru zamanı həyatını itirənlərin ailələrinin Səudiyyə Ərəbistanını məhkəməyə verməsinə izn verən qanun layihəsinə veto qoyub.

Axar.az xəbər verir ki, Obama qanunun ABŞ-ın beynəlxalq maraqlarına uymadığını bildirib. O, həmçinin qanun layihəsinin qəbul ediləcəyi təqdirdə terrorla mübarizə yolunda atılan addımların da zədələnəcəyini deyib.

Qeyd edək ki, "Terrorun Dəstəkçilərinə Qarşı Ədalət" adlanan qanun layihəsi 11 Sentyabr hücumlarında həlak olanların ailələrinə terrorda Səudiyyə rəhbərliyini günahlandıraraq, bu ölkəni məhkəməyə vermə imkanı tanıyırdı.

Miq.az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az