“Odessa Teyyub” ləqəbili narkotacir SAXLANILDI

“Odessa Teyyub” ləqəbili narkotacir SAXLANILDI
Şirvanda kriminal dairələrdə "Odessa Teyyub” ləqəbi ilə tanınan narkotacir saxlanılıb.

Miq.az apa-
ya istinadən xəbər verir ki, Şirvan Şəhər Polis Şöbəsinin Narkotiklərlə mübarizə qrupunun əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən şəhər sakini, 1966-cı il təvəllüdlü Teyyub Eyyub oğlu Tağıyev saxlanılıb.
Onun üzərinə baxış zamanı 1 ədəd bükümdə ümumi çəkisi 36,136 qram narkotik vasitə olan tiryək aşkar olunaraq götürülüb.
Qeyd edək ki, bir müddət əvvəl T.Tağıyev kriminal mübahisə zamanı digər cinayətkar qrupun üzvü tərəfindən ayağından güllələnib. Hadisədə iştirakçı olan 4 nəfər həbs edilib.
T. Tağıyevin əvvəllər Ukrayna, Moldova və Azərbaycanda adam oğurluğu, insan alveri və oğurluq maddələri ilə bir neçə dəfə məhkum olunduğu bildirilir.
Faktla bağlı Şirvan Polis Şöbəsində cinayət işi açılıb, araşdırma aparılır.
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az